Nastasya Kinski

Nastasya Kinski

Aktrisa

BİOQRAFİYA

Nastasya Kinski 24 yanvar 1961-ci ildə Qərbi Berlində (Almaniya) aktyor Klaus Kinski və Rut Briqitte Tokkinin ailəsində dünyaya göz açıb. Anası mağaza satıcısı olub. Atası ona Dostoyevskinin “İdiot” əsərindəki iki qəhrəmanın adını verib. Sonradan özünə atasının təxəllüsünü götürüb. Valideynləri 1968-ci ildə yollarını ayırıb. Ata-anası boşandıqdan sonra anası ilə 1971-ci ilə qədər Münhendə yaşayıb, 1971-ci ildə Karakasda yaşayıb, bir il sonra Münhenə qayıdıb. 15 il məşhur rejissor Roman Polanskinin sevgilisi olub. Kinoda debütünü 1975-ci ildə “Yalan hərəkət” filmində gerçəkləşdirib. Götenin “Vilhelm Meysterin tədris illəri” romanının motivləri əsasında çəkilmiş filmdə öz həqiqi soyadı – Nakşinski soyadı ilə çıxış edib. Onun kinoya gəlişi özü üçün də gözlənilməz olub. Belə ki, Münhendəki diskotekada rejissor Vendersin həyat yoldaşı aktrisa Liza Kreeytser onu bəyənərək, filmdə lal Minyon rolunu ifa etməyi təklif edib. Həmin vaxt Venders onun əslində tanınmış aktyorun qızı olduğunu bilmirdi, çünki sonuncu Nakşinski soyadını daşıyırdı. Nastasyanın pula ehtiyacı olduğundan kinoya çəkilməyə razılaşır. Elə ilk roluna görə də Almaniyanın Deutscher Filmpreis kinomükafatının qalibi olur (böyük nailiyyət kateqoriyasında ). Sürətli karyera yüksəlişi həmin vaxtdan başlayır. Kinoda sonuncu rolunu rejissor Devid Linçin “Daxili İmperiya” (2006) filmində oynayıb. Habelə montaj zamanı rolunun çox hissəsi kəsilib. 2008-ci ildə rejissor Kventin Tarantino ona “Şərəfsiz İtuşaqları” filmində mərkəzi qadın rolunu təklif edərək, danışıqlar aparsa da, sonrada bu rol aktrisa Dayan Krüqerə nəsib olub. 1981-ci ildə “Qızıl Qlobus” laureatı olub. İki dəfə “Deutscher Filmpreis” mükafatını qazanıb (1975, 1983). Başlıca olaraq “Tess” (1979) filmində və rejissor Vim Vendersin filmlərində oynadığı rollarla yadda qalıb. Aktyor Klaus Kinskinin qızıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B8,_%D0%9D%D0%B0%D1%81%D1%82%D0%B0%D1%81%D1%8C%D1%8F   

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç