Çarli Şin
Aktyor
Çarli Şin 3 sentyabr 1965-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Aktyor Martin Şinin kiçik oğludur. Çarli Şin karyerasının ilk illərində "Tağım", "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Siti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən qalmaqallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci ilin 7 martda CBS və Warner Bros. televiziya şirkəti tərəfindən serialdan qovulub. Amma buna baxmayaraq yenidən bir neçə filmə rol təklifi alıb. 17 noyabr 2015-ci ildə QİÇS xəstəsi olduğunu etiraf edib. O VİÇ virusu daşıyıcısı olduğunu bilə-bilə bir çox qadınlarla qorunmamış cinsi əlaqədə olub. Bununla əlaqədar ona qarşı məhkəməyə kollektiv iddia qaldırılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C3%87arli_%C5%9Ein