Murat Ünalmış

Murat Ünalmış

Aktyor

BİOQRAFİYA

Murat Ünalmış 23 aprel 1981-ci ildə Türkiyənin Kayseri şəhərində anadan olub. Yeniyetməlik illərindən ciddi şəkildə idmanla məşğul olub. Bir müddət Türkiyənin “Fenerbahçe” klubunun basketbol komandasında çıxış edib. Məktəbi bitirdikdən sonra gələcək aktyor Türkiyənin ən iri və qədim təhsil ocaqlarından birinə - İstanbulun Mərmərə universitetində daxil olub. Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Universiteti bitirdikdən sonra Murat ixtisası üzrə işləyə bilməyəcəyini anlayıb və İstanbul akademiyasının aktyorluq kurslarına daxil olub. Ünalmışın ekranlarda debütü 2005-ci ilə təsadüf edir: “Şöhrət” adlı seriala çəkilib. İkinci plan rollarından sonra “Yer Gök Aşk” serialında Yusif roluna dəvət olunub. Həmin rol onun vizit kartına çevrilib və təkcə Türkiyədə deyil, bir çox dünya ölkələrində tanınmasına vəsilə olub. Digər əlamətdar işləri arasında “Gecənin qanadları” və “Günəşi gördüm” filmlərini göstərmək olar. 2011-ci ildə Ünalmış “Yer Gök Aşk” serialının çəkiliş meydançasında tanış olduğu tərəf-müqabili aktrisa Birçe Akalayla ailə qurub. Ancaq izdivacın ömrü cəmi bir il çəkib. 2012-ci ilin noyabr ayında aralarındakı nikaha rəsmən xitam verilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/murat_unalmis/

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç