Demet Evqar

Demet Evqar

Aktrisa

BİOQRAFİYA

Demet Evqar 18 may 1980-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya göz açıb. Aktyorluq karyerasına 2000-ci ildə qədəm qoyub. Böyük ekranlarda debütünü “Yeddi qonşu” serialında edib. Demet Evqar 17 yaşından həvəskar teatr tamaşalarında səhnəyə çıxıb. Səhnədə ilk çıxışını Rey Kuninin “Bu ailədə alınar” pyesində edib. İstanbul universitetinin Milli teatr məktəbində Evqar dostları ilə birlikdə “Tiyatro Kilçik” adlı teatr truppasını yaradıb. Aktrisalıqla yanaşı həm də bir müddət dramaturq kimi fəaliyyət göstərib, ssenarilər yazmağa kömək edib. Daha sonra tanınmış “Kenter” teatrının “Mavi otaq” tamaşasında çıxış edib. Onun iştirak etdiyi “Anna Karenina”, “Basamak” və “Kimri" tamaşaları müxtəlif mükafatlarla təltif olunub. 2007-ci ildə türk aktrisa Demet Evqar “Rock Musical” tamaşasında səhnəyə çıxıb. Ardınca “Makbet” və “Kral Lir” klassik pyeslərində çıxışından sonra aktrisa olaraq daha da püxtələşib və bu onun mavi və böyük ekranlara yolunu açıb. “Əsli və Kərəm”, “Mənim uşaqlarım”, “Sifariş komandiri” kimi seriallara çəkilib. Daha sonra “Hamam otağı”, “Beyzi qadınları”, “Günəşi gördüm” və “Cəsur osmanlılar” kimi filmlərdə uğurlu çıxışlar edib. Aktrisanı Erhan Kolçak Köstendille münasibətlərinin olduğu deyilsə də, hər iki aktyor sadəcə dost olduqlarını əmin edir. Demet bir müddət amerikalı Sean Sinqerlə görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://cinematurk.ru/demet-evgar-biografiya-filmografiya-aktrisa.html

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç