Piter Hayams

Piter Hayams

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Piter Hayams 26 iyul 1943-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Təsviri incəsənət və musiqi üzrə Hanter College və Sirakuz universitetində təhsil alıb. Ali təhsili 21 yaşında başa vurub və çox keçmədən Çikaqo şəhər telekanalında işə düzəlib. 1964-cü ildən etibarən altı il ərzində CBS stusiyasında çalışıb, sənədli filmlərin çəkilişi ilə maraqlanmağa başlayıb. Tezliklə jurnalistika ilə yollarını ayıraraq özünü tamamilə fotoqrafiyaya həsr edib. 1970-ci ildə Hayams həyat yoldaşı və iki övladı ilə Los-Ancelesə köçür və “T.R.Baskin” adlı ilk ssenarisini Paramount Pictures şirkətinə satır. İlk ciddi işi 1978-ci ildə böyük ekranlara yol tapan “Dağ keçisisi bir” filmi sayılır. Film NASA-nın amerikalıların Marsa enişini falsifikasiya etməsindən bəhs edir. Film fantastika fanatlarının ürəyincə olur və “Saturn” mükafatına 4 kateqoriyas üzrə namizəd olur. Növbəti illər ərzində ardıcıl 3 yeni filmi təqdim olunur. 1979-cu ildə Harrison Fordun baş rola çəkildiyi “Hannover Strit” hərbi dramını çəkir. 1981-ci ildə “Yad torpaq” filmi və Maykl Duqlasın iştirakı ilə “Ulduzlu palata” filmi çıxır. 1986-1995-ci illərdə Hayams başlıca olaraq kəskin süjetli filmlər çəkir: “Geri baxmadan qaçanlar” (1986), “Prezidio” (1988), “Nazik hədd” (1990), “Bizimlə qal” (1992), “Zaman Patrulu” (1994) və “ Qəfil ölüm” (1995). Əksər kinolarında həm rejissor həm də operator qismində iştirak edir. 2009-cu ildə Hayams 1956-cı ilin məşhur detektiv filmi olan “Əsaslı şübhədən o tərəfə” kriminal dramının remeykini lentə alır, eyni zamanda ssenarisini yazır və operatoru olur. Baş rola tez-tez əməkdaşlıq etdiyi Maykl Duqlası çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%B9%D0%B0%D0%BC%D1%81,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç