Lina Danem

Lina Danem

Aktrisa

BİOQRAFİYA

Lina Danem 13 may 1986-cı ildə ABŞ-da anadan olub. 2010-cu ildə “Xudmani mebel” filmi ilə məşhurlaşıb. Həmin film yazdığı ssenariyə görə “Müstəqil ruh” kinomükafatına layiq görülüb. Karyerasının yüksəliş dövrü isə 2012-ci ilə təsadüf edir (HBO telekanalında “Qızlar” komediya serialına çəkilməklə). “Qızlar” serialında oynadığı rol ona dörd kateqoriyada “Emmi” nominasiyası qazandırıb (ən yaxşı ssenari, ən yaxşı rejissor, komediya teleserialında ən yaxşı qadın rolu , komediya teleserialında ən yaxşı prodüser). 2013-cü ildə şoudakı roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb. Elə həmin il onun adı “Time” versiyasına görə, dünyanın ən nüfuzlu 100 şəxsinin reytinqinə daxil edilib. 2014-cü ildə Not That Kind of Girl: A Young Woman Tells You What She’s Learned adlı ilk kitabı işıq üzü görüb. Şəxsi həyatına gəlincə 2012-ci ildə "Fun" qrupunun vokalisti, "Bleachers" qrupunun təsisçisi Cek Antonoffla görüşüb. 2017-ci ilə kimi vətəndaş nikahında olublar. Uşaqlığında Linaya obsessiv-kompulsiv pozuntu diaqnozu qoyulub. Öz həyəcan nevrozunun qabağını almaq üçün mütəmadi olaraq anti-depresantlar qəbul edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D1%8D%D0%BC,_%D0%9B%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç