Kelli Makcillis
Aktrisa, prodüser
Kelli Enn Makcillis 9 iyul 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Nyuport-Biç şəhərində anadan olub. Atası terapevt-həkim Donald Makcillis, anası evdar xanım Coan Makcillisdir. Aktrisalıq karyerasını qurmaq üçün məktəbi yarımçıq atıb, Nyu-Yorkda Culliard Dram məktəbində aktyorluq sənəti üzrə təhsil alıb. 1979-cu ildə Boyd Blekə ərə gedib. Ancaq cütlük iki ildən sonra yollarını ayırıb. 1989-cu ildə Fred Tilmanla ailə qurub. Bu nikahdan Kelsi və Sonoru adlı iki qızı var. Cütlük 2002-ci ildə boşanıb. Daha sonra Makcillis rəfiqəsi Melani Leyslə faktiki nikahda olub. Onlar 2011-ci ildə yollarını ayırıb. 1982-ci ildə Kelli Makcillisin evinə basqın edərək onu zorlayıblar. Bu təcrübəsi aktrisanın “Müttəhimlər” filmində prokuror rolunu oynamasında ona kömək olub. 1985-ci ildə Harrison Fordla “Şahid” trillerinə çəkilib. Oynadığı rola görə “Qızıl Qlobus” mükafatına namizəd olub. Onun növbəti əlamətdar rolu “Tom Kruz və Vel Kilmerin baş rollara çəkildiyi “Ən yaxşı atıcı” filmi sayılır. 90-2000-ci illərdə onlarla filmə epizodik və ya ikinci dərəcəli qadın rollarına çəkilib. “Şahid”, “Ən yaxşı atıcı” və “Müttəhimlər” filmlərində oynadığı rollara görə tanınır.
Подробная информация по ссылке:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B3%D0%B8%D0%BB%D0%BB%D0%B8%D1%81,_%D0%9A%D0%B5%D0%BB%D0%BB%D0%B8