Pet Hili

Pet Hili

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Pet Hili 14 sentyabr 1971-ci ildə Çikaqo şəhərində (ABŞ) anadan olub. “The Pretty Okay Ho-Hum Spectacular on Ice” komediya sketç-qrupunun keçmiş iştirakçısıdır. Kinoda debütünü 1997-ci ildə gerçəkləşdirib. Daha çox “Köhnə otelin sirləri” və “Tabeçilik eksperimenti” filmlərində iştirakına görə tanınır. 1999-cu ildə "Ən yaxşı aktyor ansamblı" (“Maqnoliya” filmi) nominasiyasında ABŞ kinotənqidçiləri milli şurasının mükafatını qazanıb. 2007-ci ildə Atlantada keçirilən kinofestivalda "Ən yaxşı aktyor" nominasiyasında “Gran Jury Award” qalibi olub. 2010-cu ildə “Yağdəyişmə” (Oil change) qısametrajlı flmindəki oyununa görə Filadelfiya kinofestivalında “Special Jury Award” mükafatçısı olub. 2013-cü ildə “Tabeçilik eksperimenti” filmindəki iştirakına görə "Ən yaxşı ikinci plan aktyor" kateqoriyasında "Fangoria Chainsaw Awards" mükafatı laureatı olub. 2014-cü ildə "Ən yaxşı beynəlxalq duet" nominasiyasında “CinEuphoria Awards” mükafatının qalibi olub. 2014-cü ildə isə “Fright Meter Awards” mükafatını əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Pat_Healy_(actor)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç