Berri Uotson
Aktyor, rejissor, ssenarist
Berri Uotson 23 aprel 1974-cü ildə Miçiqan ştatında Travers-Siti şəhərində anadan olub. 8 yaşında ailəsi ilə birlikdə Texasın Dallas şəhərinə köçür. Orada model karyerasına başlayıb. 1990-cı ildə “Bizim həyatın günləri” gündüz sabun operasında rol aldıqdan sonra aktyorluq peşəsinə yiyələnmək arzusuna düşüb. Aktyorluq kayerasına “Dayə” və “Malibu xilasediciləri” seriallarında epizodik rollarda çəkilməklə başlayıb. Uotson daha çox 1996-2002-ci illər ərzində The WB “Yeddinci səma” serialında Ketrin Hiks və Stiven Kollinz obrazlarının böyük oğlu Metyu Kemden roluna görə tanınıb. Berri Uotson “Missis Tinqla dərs verək” (1999), “Qadın yataqxanasından olan kişilər” (2002) və “Bugimen” yeniyetmə filmlərində çəkilib. “Evə gedən yol” (2019), “Meru qalası” (2011), “Gözəl Milad” (2018), “Kənarda məhəbbət” (2004), “Yol kənarında səhər yeməyi” (2001) və sair film və “Detektiv Neş Bridces” (1996 – 2001), “Gözgəzdirən” (2007 – 2012), Samanta kimdir? (2007 – 2009), “Ölümünə gözəl” ( 2009 – 2014), “Birinci dərəcəli qətl” (, 2014 – 2016) və sair seriallardakı rolları ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D1%82%D1%81%D0%BE%D0%BD,_%D0%91%D1%8D%D1%80%D1%80%D0%B8