Timoti Bottoms

Timoti Bottoms

Aktyor, prodüser

BİOQRAFİYA

Timoti Bottoms 30 avqust 1951-ci ildə ABŞ-ın Santa-Barbara şəhərində dünyaya göz açıb. Daha çox “Conni əlinə silah alıb” filmində Co Bomen, “Sonuncu Kinoseans” filmində Sonni Krouford rolu ilə tanınır. Sonuncuda çəkiliş meydançasını Sibill Şeperd və Ceff Brics kimi hollivud ulduzları ilə bölüşüb. “Sonuncu kinoseans” (1971), “Kağız təqib” (1973), “Mavi səma” (1994) və digər filmlərin, “Ehtirasın anatomiyası” (2005-2014), “Gideon çarpazlaşması” (2000-2001), “Dəniz polisi: Xüsusi bölmə” (2003-2014) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. “Fox Hunt” (1993), “American Hero” (1995) video oyunlarını səsləndirib. Picture This: The Times of Peter Bogdanovich in Archer City, Texas (1991) filminin prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_5903/timothy-bottoms

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç