Ceyk T. Ostin

Ceyk T. Ostin

Aktyor

BİOQRAFİYA

Jake Toranzo Austin 3 dekabr 1994-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Veyverli Pleysli sehrbazlar adlı Disney Channel orijinal serialında Max Russo rolunu canlandıraraq şöhrət qazanıb. Bunun yanında Nickelodeonda yayımlanan "Go, Diego, Go!" 'da Diegonu səsləndirib. Nyu-Yorkda Giny Rodriquez Toranzo v' Joe Szymanskinin övladı olaraq Jake Toranzo-Szymanski adıyla dünyaya gəlib. Onun Ava adında kiçik bir qardaşı var. Atası mənşə olaraq Polşalı, İngilis və İrlandalıdır. Anası isə Puerto Riko və Argentina əsillidir. Jake T. Austin'in ailəsi 'CLARKSVILLE Inn' adlı tarixi bir restorana malikdir. WEST NYACK, New Yorkda yerləşən restoran, əslində bir otel olaraq 1840-ci ildə açılıb. Ayrıca onların Bogey və Beju adında iki itləri var. Onun sevimli aktyorları Robert Downey Jr., Johnny Depp, Leonardo DiCaprio, Christian Bale, Sean Penn, and Clifton Collins Jr., Marlon Brando, Jim Carrey, Matt Damon və Robin Williams. Onun sevdiyi idmanlar növləri: sörf, basketbol, futbol və snowboard. Yoldaşları ilə birlikdə qısa film çəkmək və yazmağı sevir. Gələcəkdə film rejissorluğu etmək arzusundadır. Jake T. Austin ispan və ingilis dillərini də bilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyk_Ti_Ostin

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç