Kris Karter
Ssenarist, prodüser, rejissor, aktyor
Kristofer Karl Karter 13 oktyabr 1956–cı ildə Bellflauerdə (Kaliforniya ştatı) Uilyam və Ketrin Karterin ailəsində anadan olub. 1979-cu ildə Kaliforniya universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci il Karterin karyerasında dönüş yarandı. Belə ki, "Walt Disney Studio Entertainment"in direktoru Ceffri Katsenberq Karterin yazdığı ssenari ilə tanış olaraq gənc müəllifi işə dəvət edir. Katsenberql işləyən dönəmdə Karter bir sıra filmlərin ssenaristi, eyni zamanda prodüseri olub. 1989-cu ildə “Tamamilə yeni həyat” komediya serialının icraçı prodüseri olub. “Məxfi materiallar”da işləməzdən öncə 1993-cü ildə Kris Karter "Ten Thirteen Productions" prodüser şirkətini təsis edir. Şirkət Karterin ad günü şərəfinə adlandırılıb. 1993-2002-ci illərdə ərzində “Məxfi materiallar” serialının 202 seriyası, “Minillik” teleserialının 67, “Təha atıcılar” serialının 13 seriyası və “Məxfi materiallar: Gələcək naminə mübarizə” tammetrajlı filmi çəkilib. “Məxfi materialların” sonuncu seriyası bitdikdən sonra Karterin təsis etdiyi şirkət fəaliyyətini dayandırır. Lakin 2007-ci ildə "Ten Thirteen Productions"ın fəaliyyətini bərpa edərək “Məxfi materiallar: İnanmaq istəyirəm” tammetrajlı filmin çəkilişlərinə start verir. Daha çox “Məxfi materiallar” teleserialının yaradıcısı, icraçı prodüseri və aparıcı ssenaristi kimi tanınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%80%D1%82%D0%B5%D1%80,_%D0%9A%D1%80%D0%B8%D1%81