Salli Riçardson-Uitfild

Salli Riçardson-Uitfild

Aktrisa, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Salli Elis Riçardson-Uitfild — amerikalı aktrisadır. Daha çox “Evrika” (2006-2012) teleserialında Ellison Bleyk və “Mən əfsanəyəm” (2007) fantastik filmində Zoi Nevill rolları ilə tanınıb. Riçardson daha çox televiziya seriallarına çəkilməklə məşhurlaşıb. 1999-2002-ci illər ərzində CBS “Ailə qanunu” serialında Diksi Karter və Ketlin Kuinlanla birlikdə çəkilir. “Ani oyanış”, “C.S.I.: Cinayət yeri Mayami”, “Nyu-York polisi”, “Xəbərlər”, “Dəniz polisi: Xüsusi təyinatlı bölməsi” seriallarında Salli ikinci dərəcəli rolları ifa edib. “Evrika” serialındakı roluna görə Salli Riçardson “Komediya serialının ən yaxşı aktrisası” kateqoriyasında NAACP Image Award mükafatına namizəd olub. Riçardson “Keşiş Braun” (2009) və Ava Dyüverneyin debüt işi “Səni izləyəcəm” (2010) filmlərində çəkilib. 2014-cü ildə BET “Meri Ceyn olmaq” serialına aktyor heyətinə qoşulur. 2014-cü ildə “Telefilm və mini serialın ən yaxşı aktrisası” kateqoriyasında Black Reel Awards mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%A1%D0%B0%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç