Trit Uilyams

Trit Uilyams

Aktyor, rejissor

BİOQRAFİYA

Riçard Trit Uilyams 1 dekabr 1951-ci ildə ABŞ-ın Konnektikut ştatında Riçard Uilyams (kiçik şirkət rəhbəri) və Merion Endrünün (əntiq əşyalar üzrə ekspert) ailəsində dünyaya göz açıb. Valideynləri onu prestijli məktəblərdə oxudub. Əvvəl "New England prep school" elit məktəbində təhsil alıb. Daha sonra "Kent School" məktəbində və Franklin və Marşall kollecində oxuyub. Aktyor karyerasına 1979-cu ildə qədəm qoyub, belə ki, rejissor Miloş formanın “Saçlar” filminə çəkilib. Kinolent Brodveyin eyniadlı tamaşası əsasında yaradılıb. Formanın bu ekran əsəri Tritin məşhurlaşmasında və aktyor olaraq püxtələşməsində müstəsna rol oynayıb. Həmin vaxtdan bəri çoxsaylı kino və televiziya layihələrində uğurlu şəkildə iştirak edib. Xidməti siyahısında yer alan filmlər arasında “Bir dəfə Amerikada” (1984), “Ölü polis” (1988), “Denverdə ölülər nə ilə məşğul olsun” (1995), “Dərinlikdən yüksəliş” (1998), “Okeanın dibində” (1999) kimi filmləri göstərmək olar. “Saçlar” filmində oynadığı rola görə aktyor “Qızıl Qlobus” mükafatına namizəd olub. İkinci dəfə “Şəhərin Şahzadəsi”, üçüncü dəfə isə “Arzuların tramvayı” (1984) telefilminə görə nominasiya qazanıb. Trit Uilyams həyat yoldaşı Pem Van Sent və övladları ilə Yuta ştatında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC%D1%81,_%D0%A2%D1%80%D0%B8%D1%82  

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç