Denni Lloyd

Denni Lloyd

Aktyor

BİOQRAFİYA

Denni Lloyd 1 yanvar 1973-cü ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. “İşartı” (1980) qorxu filmində oynadığı debüt (Denni Torrans) rolu ilə məşhurlaşıb. 1970-ci illərdə Stenli Kubrik öz köməkçisi Leon Vitalini Denni Torrens rolu üçün tipajı uyğun gələn uşaq axtarmağa yollayıb. İllinoys ştatının Pekin şəhərində yaşayan Denni Lloyd kastinqdə beş min namizəd arasından seçilib. Buna qədər Denni roluna ən real namizəd “Üçüncü dərəcəli yaxın əlaqələr” filmindəki uşaq rolunun ifaçısı Keri Quffi olsa da, valideynləri ssenari ilə tanış olduqdan sonra onun çəkilişdə iştirakına icazə verməyib. Çəkiliş zamanı Kubrik əlindən gələni edib ki, Denni əslində qorxu filminə çəkildiyindən xəbər tutmasın. Ona and-aman edib ki, “İşartı” əslində adi psixoloji dramdır. Lloyd çəkildiyi filmi ilk dəfə 16 yaşında olanda tam olaraq izləyib. Bu onun kinoda yeganə əlamətdar rolu olub. Daha sonra 1982-ci ildə “Will: G. Gordon Liddy” adlı bioqrafik telefilmə çəkilib. Ancaq sonradan iştirak etdiyi kastinqlərdə uğursuzluğa düçar olub. 14 yaşında olanda kinokaryerasını davam etdirmək cəhdlərinə birdəfəlik son qoyub. 2007-ci ildə kollecdə biologiya müəllimi olub. Dekabr ayında isə Naqpurda təbiətşünaslıq üzrə müəllim kimi də fəaliyyət göstərməyə başlayıb. Keçmiş aktyor evlidir, altı övladı var, öz  fermasında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BB%D0%BE%D0%B9%D0%B4,_%D0%94%D1%8D%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç