Şelli Düvall

Şelli Düvall

Aktrisa, prodüser

BİOQRAFİYA

Şelli Düvall 7 iyul 1949-cu ildə Texas ştatının Hyüston şəhərində, broker və vəkil ailəsində anadan olub. Skott, Şeyn və Stüart adlı bacı-qardaşı var. Düvall Uoltrip məktəbində oxuyub və onu bitirdikdən sonra bir müddət kosmetik vasitələrin satışı ilə məşğul olub. Şellinin debütü 1970-ci ildə baş tutub. Rejissor Robert Oltmenin “Brüster Makklaud” komediyasına çəkilib. Oltmen Düvalın performansından o qədər razı qalıb ki, onu növbəti filmlərinə “Makkeyb və missis Miller” (1971), “Bizim kimi oğrular” kriminal dramı və “Neşvill” müziklına dəvət edib. 1977-ci ildə Düvallın karyerasında sürətli yüksəliş dövrü başlayıb. Aktrisa Robert Oltmenin “Üç qadın” dramında oynadığı Milli Lammure roluna görə Kann festivalında ən yaxşı qadın rolu nominasiyası üzrə əsas mükafata layiq görülüb. Elə həmin il Vudi Allenin ilin ən yaxşı filmi nominasiyasında "Oskar" qazanmış “Enni Holl” romantik komediyasında rol alıb. Yaratdığı ən parlaq obrazlardan biri Stiven Kinqin eyniadlı romanının motivləri əsasında Stenli Kubrikin lentə aldığı “İşartı” (Shining) filmində cin vurmuş yazıçı Cek Torrensin melanxolik həyat yoldaşı rolu sayılır. 1978-ci ildə BAFTA və 1988 və 1992-ci illərdə “Emmi” mükafatına namizəd olub. 1977-ci ildə Kann Beynəlxalq Kinofestivalında ən yaxşı qadın rolu nominasiyasında qalib gəlib. Daha çox “Neşvill” (1975), “Üç qadın” (1977), “Enni Holl” (1977), “İşartı” (1980), “Popay” (1980), “Zaman quldurları” (1981) və “Ledinin portreti” (1996) filmlərində  oynadığı rollara görə tanınır. Şelli Düvall 1970-1976-cı illərdə prodüser Bernard Sempsonla evli olub. 1976-1979-cu illərdə tanınmış musiqiçi və bəstəkar Pol saymonla görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8E%D0%B2%D0%B0%D0%BB%D1%8C,_%D0%A8%D0%B5%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç