Mett Heyneman
Rejissor, prodüser, operator, montajor, aktyor
Mett Heyneman 30 noyabr 1983-cü ildə Vaşinqtonda (ABŞ) anadan olub. Brunswick School's Upper School məktəbində təhsil alıb. “Mənim müharibəm” (2018), “Kabuslar şəhəri” (2017), The Third Man (2016), “Kartellərin torpağı” (2015), “Yanğından sığortalanmaq: Amerika Səhiyyə sisteminin xilas olunması” (2012) və sair filmlərin rejissoru və prodüseri olub. “Kartellərin torpağı” filmi ən yaxşı sənədli tammetrajlı film kateqoriyasında “Oskar” mükafatına namizəd olub. “Kabuslar şəhəri” (2017), “Kartellərin torpağı” (2015), “Yanğından sığortalanmaq: Amerika Səhiyyə sisteminin xilas olunması” (2012) filmlərinin çəkilişində operator və montajor qismində iştirak edib. Özünü aktyor kimi Special Breakfast Eggroll: 99¢ (2003) filmində sınayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Heineman