Odri Uells

Odri Uells

Ssenarist, prodüser, rejissor, aktrisa

BİOQRAFİYA

Odri Uells amerikalı ssenarist, rejissor və prodüserdir. 29 aprel 1960–cı ildə ABŞ-ın Kaliforniya ştatında San-Fransisko şəhərində anadan olub. “Toskana günəşi altında” (2003), “Sevgi dərsləri” (1999) filmlərinin rejissoru olub. “Pişik və itlər haqqında həqiqət” (1996), “Toskana günəşi altında” (2003), “Oyun planı” (2007), “Körpə” (2000), “Cəngəllikdə böyüyən Corc” (1997), “Sevgi dərsləri” (1999), “Rəqs edək” (2004), “Nifrət” (2018), “İt həyatı” (2017) və sair filmlərin ssenaristi olub. “Cəngəllikdə böyüyən Corc 2” (2003) filmində çəkilib. “Toskana günəşi altında” (2003), “Pişik və itlər haqqında həqiqət” (1996) filmlərinin prodüseri olub. Odri Uells 4 oktyabr 2018-ci ildə ömrünün 58–ci ilində Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_21757/audrey-wells

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç