Dastin O'Halloran
Bəstəkar
Dastin Cey O'Halloran — amerikalı bəstəkardır. Onun bəstələri avtomobillər haqqında Top Gear proqramında səslənib. Əksəriyyəti bir çox filmlərin sauntrekinə çevrilib. “Dəli kimi” (2011), “İndi əsl zamanıdır” (2012), “Nifrət” (2018), “Allahın məskəni” (2017), “İris” (2016), “Şir” (2016), “Bərabərhüquqlu” (2015) və sair filmlərin bəstəkarı olub. Onun «Vorleben» albomu Berlində hazırlanıb və Dastinin ilk konsert plastinkası olub. Əsərlərini şəhər kilsələrinin birinə məxsus olan Bosendorfer pianosunda ifa edib. Məşhur pianoçu Nils Fram bu işdə dostu Dastin O'Hallorana yardımçı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%E2%80%99%D0%A5%D1%8D%D0%BB%D0%BB%D0%BE%D1%80%D0%B0%D0%BD,_%D0%94%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD