Plinio Fernando

Plinio Fernando

Aktyor, heykəltəraş

BİOQRAFİYA

Plinio Fernando  - 15 sentyabr 1947-ci ildə Tunisdə anadan olub. Valideynləri italyandır. 1952-ci ildə ailəsi ilə birgə baba vətəninə İtaliyaya (Roma şəhəri) köçüb. Məktəbi bitirdikdən sonra elektromexanika üzrə peşə təhsili alıb. Diplomunu alsa da, ixtisası üzrə işləməyib. Əvəzində teatr akademiyasına daxil olub. Məzun olduqdan sonra “Anfitrione” teatrının səhnəsində müxtəlif tamaşalarda oynayıb. Orada “Fantossi” silsiləsindən olan ilk filmlərin rejissoru və  ssenaristi Luçano Salçe ilə tanış olub. Fantossi filmində baş qəhrəmanın eybəcər qızı Mariancela rolunu oynayıb. Mariancela adını filmin müəllifləri elə-belə seçməyib. Həmin ad İtaliyada 70 və 80-ci illərdə kifir qadınlara ünvanlanmış məşhur jarqon idi. 1993-cü ildə kinodan gedərək, incəsənətə daha dəqiq desək heykəltəraşlığa meyl salıb. Orta əsrlərə aid döyçülərin və döyüş atlarının heykəl və büstlərini hazırlayır.

Подробная информация по ссылке:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D0%BD%D0%B0%D0%BD%D0%B4%D0%BE,_%D0%9F%D0%BB%D0%B8%D0%BD%D0%B8%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç