Paolo Villaco

Paolo Villaco

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Paolo Villaco 30 dekabr 1932-ci ildə İtaliyanın Genuya şəhərində anadan olub. İkinci dünya müharibəsini yoxsul şəraitdə keçirib. Andrea Doriya litseyində oxuyub. Həmin litseydən Massimo Dalema, Marçello Çezena, “Giena” teleproqramının duetı Luka və Paolo, FİAT-ın keçmiş prezidenti Paolo Fresko kimi məşhurlar çıxıb. Məktəbi bitirdikdən sonra adi ofisiantdan başlamış, “Consider” firmasının kargüzarına və BBC-nin diktoruna kimi müxtəlif vəzifələrdə çalışıb. Kargüzar vəzifəsində topladığı təcrübə və başına gələn məzəli hadisələr onu “Uqo Fantossi” avtobioqrafik personajını yaratmağa ilhamlandırıb. Həmin film ona böyük populyarlıq qazandırıb. Onun artistlik istedadını Mauritsio Kostanzo üzə çıxarıb. 1967-ci ildə ona Roma kabarelərinin birində çıxış etməyi tapşırıb. Onun televiziyaya aparan yolu həmin kabaredən keçib. Televiziyada “Bazar adamları” yumoristik proqramında yaratdığı duzlu-məzəli personajlarla məşhurlaşıb və beləcə böyük kinoya “bilet qazanıb”. Öz satirası ilə unikal personajları ilə dövrünün sosial problemlərini işıqlandıran dahi italyan aktyorlarından olub. Aktyor ekranlarda yöndəmsiz mühasib Uqo Fantossi rolu ilə məşhurlaşıb. Bu komik personajın sayəsində təkcə İtaliya deyil, beynəlxalq səviyyədə şöhrət qazanıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%BB%D0%BB%D0%B0%D0%B4%D0%B6%D0%BE,_%D0%9F%D0%B0%D0%BE%D0%BB%D0%BE

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç