Ryuti Sakamoto

Ryuti Sakamoto

Bəstəkar, aktyor

BİOQRAFİYA

Ryuti Sakamoto 17 yanvar 1952-ci ildə Yaponiyanın paytaxtı Tokioda anadan olub. Tokio Milli Universitetində incəsənət və musiqi üzrə ali təhsil alıb. Daha sonra musiqi sahəsi üzrə magistr dərəcəsi əldə edib və elektron-etnik musiqiyə maraq göstərməyə başlayıb. Bir müddətdən sonra beynəlxalq populyarlıq qazanan “Yellow Magic Orchestra” sintipop triosunu yaradıb. 1978-ci ildə “The Thousand Knives of Ryūichi Sakamoto” adlı ilk solo albomunu buraxıb. Musiqiçi və bəstəkar olaraq Sakamoto müxtəlif janrlarda istedadını ortaya qoyub (caz, neoklasik janr, pop və avanqard və s.). 1983-cü ildə Naqisa Osimanın “Milad bayramın mübarək, Mister Lourens” filminə musiqi yazıb. Həmin işinə görə 1984-cü ildə BAFTA mükafatı qazanıb. 2005-cü ildə fin mobil konserni “Nokia”nın sifarişi ilə 8800 mobil seriasından olan telefonlar üçün zəng melodiyalar paketini yazıb-yaradıb. “Oskar”, ”Qremmi” və BAFTA mükafatı laureatıdır. İki dəfə “Qızıl Qlobus” sahibi olub. Bernardo Bertoluççinin “Sonuncu imperator", “Göy qüvvəsinin altında”, “Balaca budda” ,  bundan başqa Emili Brontenin romanının kinoadaptasiyası olan “İldırımlı Aşırım” filminə yazdığı bəstələrə görə tanınır.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BA%D0%B0%D0%BC%D0%BE%D1%82%D0%BE,_%D0%A0%D1%8E%D0%B8%D1%82%D0%B8

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç