Ceremi Nortem

Ceremi Nortem

Aktyor

BİOQRAFİYA

Ceremi Filip Nortem 1 dekabr 1961-ci ildə Kembricdə (İngiltərə) anadan olub. Anası iqtisadiyyat professor, atası ədəbiyyət professoru, Henrik İbsenin yaradıcılığı üzrə ekspert olub. Nortem Bristol orta məktəbində oxuyub. Ali təhsilini Royal Hollouey universitetində (London) alıb. Aktyorluq sənətini isə Bristol Teatr məktəbində öyrənib. 1989-cu ildə Kral Milli Teatrının “Hamlet” tamaşasında debüt edib (Deniel Dey-Lüisi əvəz edib). Bir ildən sonra Lorens Olivye mükafatına layiq görülüb ("Ən perspektivli yeni aktyor" nominasiyasında). 1987-ci ildən televiziyada kiçik rollara çəkilməyə başlayıb. Kinoda ilk ikinci plan rolunu 1992-ci ildə “İldırımlı aşırım” kinoadaptasiyasında oynayıb (Hindli Ernşo rolunda). Hollivudda karyerası “Şəbəkə” trilleri ilə başlayıb. Filmdə tərəf müqabili Sandra Bullok olub. ABŞ-da uğurlu startına baxmayaraq, Böyük Britaniyada da teatr və kino fəaliyyətini davam etdirib. “Tüdor sülaləsi” adlı məşhur tarixi serialın iki mövsümündə Tomas Mor rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jeremy_Northam

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç