Con Störces

Con Störces

Rejissor

BİOQRAFİYA

Con Eliot Störces 3 yanvar 1910-cu ildə Ouk Park şəhərində anadan olub. Kinematoqrafiya dünyasına 1932-ci ildə montajçı qismində daxil olub. İkinci dünya müharibəsi zamanı ABŞ hərbi hava qüvvələri korpusunda xidmət edib. Məhz xidmət çəkəndə özünü ilk dəfə sənədli film rejissoru olaraq sınaqdan keçirib. Peşəkar rejissor debütü (kinoda) 1946-cı ilə təsadüf edir. “Blek Rok üçün ağır gün” vesterni ilə məşhurlaşıb. Həmin film ona “Oskar” və “Qızıl palma budağı”na namizədlik qazandırıb. 1960-cı ildə “Möhtəşəm yeddilik” vesternini çəkib (Yaponiyanın əfsanəfi rejissoru Akira Kurosavanın “Yeddi samuray” filminin amerikansayağı remeyki). Ekran əsəri onun şöhrət qazanmasında müstəsna rol oynayıb. Bundan başqa “Qoca və dəniz” kinoadaptasiyası (Ernest Heminqueyin povesti əsasında çəkilib), ikinci dünya müharibəsi haqqında “Böyük qaçış” və “Qartalın enişi” filmləri, həmçinin “Coe Kidd” vesterni ilə məşhurdur. 1976-cı ildən sonra kino çəkməyib. İki dəfə evli olub. 18 avqust 1992-ci ildə San-Luis Obispo şəhərində anadan olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%91%D1%80%D0%B4%D0%B6%D0%B5%D1%81,_%D0%94%D0%B6%D0%BE%D0%BD
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç