Elmor Leonard

Elmor Leonard

Ssenarist

BİOQRAFİYA

Elmor Con Leonard-kiçik – amerikalı yazıçı, ssenarist, kriminal ədəbiyyat və vestern janrları “ustasıdır”. 11 oktyabr 1925-ci ildə ABŞ-ın Yeni Orlean şəhərində dünyaya göz açıb. Onun əsərləri enerji dolu dialoqları, bədbəxt personajları və lakonik amma mənalı yumoru ilə seçilir. ABŞ mətbuatında onu çox vaxt tarixin gəlib-getmiş ən görkəmli lakin az tanınan kriminal yazarlarından biri kimi qələmə verilir. Detroyt sakinləri onu Dikkens və Stiven Kinqlə müqayisə edir. Böyük rejissor Quentin Tarantino isə onu öz ədəbi ustadı və alter-eqosu adlandırır. Onun kitabları və ssenariləri əsasında 43 film lentə alınıb. Bir çox roman və hekayələri ekranlaşdırılıb. Ən məşhur əsərləri “Bəstəboyla müqavilə”, “Ceki Braun”, “İgid ol”, “Yuma qatarı” sayılır. 2010-cu ildə onun bir neçə əsərinin motivləri əsasında “Ədalət” adlı serial ekranlara çıxıb. Elmor 20 avqust 2013-cü ildə Detroytda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B0%D1%80%D0%B4,_%D0%AD%D0%BB%D0%BC%D0%BE%D1%80  

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç