Linn Marta

Linn Marta

Aktrisa

BİOQRAFİYA

Linn Marta – amerikalı aktrisadır. “Azad insanlar“ (Footloose, 1984), “Co Kid” (Joe Kidd, 1972), “Amerikasayağı məhəbbət” (1969-1970), “Sonra Bronson gəlir” (1970) film və seriallarında oynadığı rollara görə tanınır. Karyerası ərzində 69 film və serialın çəkilişində iştirak edib. Son işi – 2004-cü ildə ekranlara çıxan “Amerika arzuları” serialı olub. Aktrisa 30 oktyabr 1946-cı ildə Nyu-Cersi ştatının Soeruil şəhərində dünyaya göz açıb. Ekranlarda debütünü ilk dəfə 1966-cı ildə “Qidcet” adlı komediya serialının bir epizoduna çəkilməklə gerçəkləşdirib. Amerikasayağı məhəbbət” (1969-1970) serialında oynadığı rol telekaryerasının ən uğurlu rollarından sayılır. Bundan başqa “Təcili Tibbi Yardım”, “ Kerolayn şəhərdədir” (Caroline in the City), “Qadının quruluşu” ( Designing Women), “Tapança tüstüsü” (Gunsmoke,), “Met Hyüston” (Matt Houston), “Qanun və Qayda” (Law & Order), “Çarlinin Mələkləri”, “Rokford sənədləri”, “Naşılar” və digər serialların müxtəlif epizodlarında görüntülənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lynne_Marta

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç