Musa Uzunlar

Musa Uzunlar

Aktyor

BİOQRAFİYA

Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olub. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölməsinin məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “Əfrasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb. "Kurtlar Vadisi Pusu"da İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yadında qala bilib. Azərbaycan istehsalı olan “Qaranlıqlar çiçəyi” serialında Tamerlan bəy rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Musa_Uzunlar

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç