Kris Bauers

Kris Bauers

Bəstəkar

BİOQRAFİYA

Kristofer Bauers - amerikalı bəstəkar və pianoçudur. 1989-cu ildə Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya göz açıb. Atası televiziya ssenarist, anası DirecTV telekanalının icraçısıdır. Valideynlərindən heç birinin ali təhsili olmasa da, onlar övladlarının peşəkar musiqiçi olmasını və konservatoriyada oxumasını arzulayıb. Ona görə anası hamilə olanda klassik piano ifalarını dinləyib. 4 yaşından onu piano dərslərinə göndəriblər. 9 yaşından klassik musiqi üzrə repetitor yanına gedib. Caz və fortepiano üzrə Los-Anceles Ali İncəsənt Məktəbində peşəkar təhsil alıb. Bundan başqa Kolborn İncəsənət Məktəbində caz bilgilərini artırıb. 2006-cı ildə həmin təhsil ocağını bitirərək, Culliard ali məktəbinə daxil olub və orada caz ifası üzrə bakalavr və magistr dərəcəsi əldə edib. Mütəmadi olaraq Nyu-Yorkda çıxışlar edib. 2013-cü ildə “Heroes + Misfits” adlı debüt albomu çıxıb. Kinoda daha çox “Yaşıl kitab” (Green Book, 2018), “Bahalı ağlar” (Dear White People, 2017-2018), “Bədheybətlər və insanlar” (Monsters and Men, 2018), “Kobe Brayntın İlham Pərisi” (Kobe Bryant’s Muse, 2015) filmlərinin bəstəkarı kimi tanınır. Karyerası ərzində 20-dən çox bədii film, sənədli film və seriala musiqi yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kris_Bowers

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç