Akşay Kumar
Aktyor, prodüser
Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olub. Əvvəlcə "Don Bosco School" adlı məktəbdə təhsil alıb, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirib. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay taekvando üzrə qara kəmər qazandıqdan sonra Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir. İlk dəfə 1992-ci ildə “Uğursuz qarət” filmində çəkilib. 1997-ci ildə Akşay “Dəli ürək” filmindəki işinə görə "Ən yaxşı ikinci dərəcəli kişi rolu" kateqoriyasında Filmfare Award mükafatına namizəd olub. 2001-ci ildə “Yalançı yad” filmindəki roluna görə ilk dəfə Filmfare mükafatını qazanıb. “Sevginin qiyməti yoxdur” (2002), “Mənimlə evlən” (2004), “Sevgi ədviyyatları” (2005) komediya filmlərində baş rollarda çəkilib. Adətən kəskin, komediya və məhəbbət janrında çəkilən Kumar həmçinin dramatik janrında olan “Sevgi bağları” (2001), “Təhlükəli oyun” (2002), “Xəyanətkar” (2005) və “Zamanla ayaqlaşma” (2005) filmlərində rol alıb. 2007-ci ildə çəkildiyi bütün filmlər xitə çevrilir. Onların arasında “London, salam”, “ Gözəlçə”, “Labirint”, “Xoş gəlmisiniz” filmləri yer alır. Akşay “Padşah Sinqh” (2008), “Hava daşınması” (2016), “Dolu ev 3” və “Rustom” (2016) filmləri tamaşaçı rəğbəti qazanaraq hitə çevrilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Akshay_Kumar