Nur Fettahoğlu

Nur Fettahoğlu

Aktrisa

BİOQRAFİYA

Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində anadan olub. Sinan və Fatma Fettahoğlu cütlüyünün üç qızından biridir. Bacı-qardaşlarının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Litseyində (indiki Beşiktaş Anadolu Litseyi) təhsilini tamamladıqdan sonra işləməyə başlayıb. Müxtəlif banklarda işləyib. Daha sonra "Sky Türk"də birja spikerliyi etməyə başlayıb. O zaman tanış olduğu indiki həyat yoldaşı Murad Aysanın təsiri ilə təhsilinə davam etməyə qərar verib və Haliç Universitetində Moda Dizaynı ixtisası üzrə təhsil alıb. Aktrisalığa "Məndən ata olmaz" filmi ilə başlayıb, ardınca "Könül yelləncəyi"ndə rol alıb və "Aşk-ı Memnu"dakı Peyker Yöreoğlu rolu ilə ulduzu parlayıb. Bundan başqa, "Atasay", "Dove", "Luna" kimi firmaların reklam çarxlarında çəkilib. "Kurtlar Vadisi: Filistin" filmində Necati Şaşmazla baş rolu paylaşıb. "Mühteşem Yüz Yıl" serialında Mahidevran Sultanı canlandırıb. Nur Fettahoğlu 2008-2011-ci illərdə Murad Aysanla evli olub. 2013-cü ilin oktyabrında ikinci dəfə ərə gedib. Bu dəfə o, biznesmen Levent Veziroğlu ilə ailə qurub. Bu evlilik 2015-ci ilin əvvəlində bitsə də, Nur yenidən Leventə geri dönüb. 2016-cı ilin fevralında cütlüyün Elisa adlı qızı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Nur_Fettaho%C4%9Flu 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç