Erdal Beşikçioğlu

Erdal Beşikçioğlu

Aktyor

BİOQRAFİYA

Erdal Beşikçioğlu 5 yanvar 1970-ci ildə Ankara şəhərində anadan olub. Atası VakıfBank bankının direktoru olub. İbtidai təhsili Ankarada alsa da, İzmirin özəl türk litseyini daha sonra Seyfi Eraltay orta məktəbini bitirib. Ali təhsilini Hacettepe Dövlət Konservatoriyasında alıb. 1993-cü ildə məzun olub. Diplomunu aldıqdan sonra bir neçə dövlət teatrında çalışıb. 1995-1996-cı illərdə Diyarbəkir Dövlət Teatrının başçısı olub. "Eve Giden Yol 1914", "Barda", "Vali", "Hayat Var", "Kurtlar Vadisi Filistin" kimi filmlərdə canlandırdığı obrazlarla məşhurdur. “Behzat Ç” serialında polis komissarını oynayıb. Həmin rol Erdala "Qızıl portağal" mükafatını qazandırıb. Daha sonra serialın spinoffunda da eyni rolu oynayıb. Aktrisa Elvin Beşikçioğlu ilə evlidir. Eyni zamanda "Tatbikat Sahnesi" teatr şəbəkəsinin sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Erdal_Be%C5%9Fik%C3%A7io%C4%9Flu 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç