Sərdar Akar
Rejissor, ssenarist, prodüser
Sərdar Akar 1964-cü ildə Ankarada anadan olub. 1987-ci ildə Memar Sinan Universitetinin televiziya bölməsinə daxil olub, 2000-ci ildə məzun olub. Peşəkar karyerasına 1989-cu ildə qədəm qoyub, belə ki, “Med-Cezir Manzaraları” filmində rejissor Mahinur Ergünün köməkçisi olub. Karyerası ərzində Orhan Oğuz, Tunca Yönder, Kadir Sözen, Mustafa Altıoklar və Erden Kıral kimi türkiyəli rejissorlara assistentlik edib. 1990-cı illərin əvvəllərində solo karyerasına başlayaraq bir sıra seriallara rejissorluq edib. 1998-ci ildə “Gəmidə” və “Laləlidə bir Əzizə” filmlərinə ssenari yazıb. 2005-ci ildə populyar “Kurtlar Vadisi” serialının spin-offu sayılan “Kurtlar Vadisi: İrak” tammetrajlı bədii filmini lentlə alıb. 2006-cı ildə böyük ekranlara çıxar-çıxmaz böyük qalmaqala yol açmış “Barda” filmini lentə alıb. 2010-2011-ci illərdə “Behzat Ç. Bir Ankara Polisi” adlı serialın rejissoru olub. 2017-ci ildə “Payitaht Abdülhamid” serialını çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Serdar_Akar