Kenan Çoban
Aktyor
Kənan Çoban 22 yanvar 1975-ci ildə Türkiyənin Elazığ şəhərində anadan olub. Əslən türkdür. “Kurtlar Vadisi” teleserialı, onun sikvelləri (Kurtlar Vadisi Pusu və s.), prikvelləri və spin-oflarında ( Kurtlar Vadisi: Irak, Kurtlar Vadisi: Filistin, Kurtlar Vadisi: Gladio) canlandırdığı Abdülhey Çoban rolu ilə məşhurlaşıb. Çoban ilk seriala 2004-cü ildə qoşulub və 10 il boyunca bu personajı canlandırıb. 2014-2015-ci illərdə “Bəyaz qərənfil” adlı mini-serialda baş rolu oynayıb. 2015-ci ildə “Qanundan kənar şəxs Dünyaya hökmdar ola bilməz” adlı serialın çəkiliş heyətinə qoşulub. Aktyorun öncəki karyerası idmanla bağlı olub. Əvvəl idman menecmenti sahəsində çalışıb. Daha sonra Ankarada idman təlimatçısı işləyib. İri cüssəli aktyorun əsl idmançı bədəni var. Taekvondo ilə yanaşı futbol və basketbolla məşğul olub. Həmçinin peşəkar səviyyədə at çapa bilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Kenan_%C3%87oban