Necati Şaşmaz

Necati Şaşmaz

Aktyor

BİOQRAFİYA

Məhəmməd Necati Şaşmaz — Türkiyə aktyoru, prodüseri və iş adamı. Fenomen "Qurdlar Vadisi" serialının baş qəhrəmanı. Necati Şaşmaz 1971-ci ildə Elazığda doğulub. Əsl sənəti turizmçilik olan Necati Şaşmaz, təhsilini Kanadada bitirib. Amerika da 6 il qaldıqdan sonra 2001-ci ildə ailəsini ziyarət etmək üçün Türkiyəyә gəlir, geri dönmə biletini 11 sentyabr tarixinə alıb. ABŞ-da həmin gün baş verən terror hadisələrinə görə onun içində olduğu təyyarə bu ölkəyə eniş etmədən geri dönüb. Bundan sonra o, ailəsinin istəyi ilə ABŞ-a dönməyərək Türkiyədə qalıb. Həyatına Türkiyədə davam etmə qərarı alan Necati Şaşmaz, Ankarada sığorta agentliyi açır. Çox keçmədən İstanbulda məşhur prodüser Osman Sınavla görüşür. Özünə bir filmin ssenari qrupunda iştirak etməsi təklifi gələcəyi ümidi ilə görüşməyə gedir. Osman Sınavın Bir serial düşünürük, sәni dә baş rolda qoymağı düşünürük tәklifini bir aydan sonra qәbul edib. Həyatını tamamilə dəyişdirdiyini söylədiyi "Qurdlar Vadisi" proyektinə belə başlayan Necati Şaşmaz, şəxsi həyatının qalmadığını, Mәni Ankarada öz adımı çağırırlar, İstanbulda hәrkәs polad deyir sözləri ilə dilə gətirirdi. Əmisi, köhnə MHP millət vəkili Tahir Şaşmaz olan Necatinin Raci Şaşmaz (Qurdlar Vadisi serialının ssenari müәllifi) adında bir qardaşı və Zübeyr Şaşmaz adında bir qardaşi vardır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Necati_%C5%9Ea%C5%9Fmaz

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç