Bonni Arnold
Prodüser
Bonni Arnold — amerikalı prodüserdir. Əvvəllər Disney, Pixar studiyalarında işləyən Bonni, hal-hazırda isə "DreamWorks Animation"da çalışır. Bonni Corciya ştatının Atlanta şəhərində böyüyüb. Los-Ancelesə köçəndən Kompüter animasiyası ilə məşğuldur. Bonni Corcia Universitetində jurnalistika ixtisası üzrə bakalavr dərəcəsi və Boston Universitetində magistr dərəcəsi qazanıb. “Canavarlarla rəqs” (1990), “Addams ailəsi” (1991), “Sonuncu bazar günü” (2009) və sair filmlərin və “Tarzan” (1999), “Oyuncaqların əhvəlatı” (1995), "Meşə qardaşlığı" (2006), “Əjdahanı necə ram etməli” (2010), “Əjdahanı necə ram etməli 2” (2014), “Əjdahanı necə ram etməli 3” (2019) və sair cizgi filmlərinin prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bonnie_Arnold