Derviş Zaim
Rejissor, ssenarist, prodüser
Dərviş Zaimağaoğlu 1964-cü ildə Kiprda anadan olub. Boğaziçi Universitetində Menecerlik fakültəsində oxuyub (1988). İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində magistr dərəcəsi alıb (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunub. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanıb. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi əl işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışıb. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq edib. Bundan başqa, Dərviş Zaim Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılıb. 1992 və 1995-ci illər arasında televiziya rejissorluğu və ssenaristliyi edən Dərviş Zaim bir çox TV proqrama quruluş verib. 1995-ci ildə ilk romanı "Ares möcüzələr diyarında" ilə Türkiyədə Yunus Nadi Roman Mükafatını qazanıb. Dərviş Zaimin tammetrajlı və sənədli filmləri bir çox mükafatlara layiq görüldüyü Türkiyə və beynəlxalq film festivallarında nümayiş olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/D%C9%99rvi%C5%9F_Zaim