Nitu Sinqh
Aktrisa, rəssam
Nitu Sinqh Kapur — hind aktrisasıdır. Səkkiz yaşından filmlərə çəkilir. Filmoqrafiyasında altmışdan artıq film var. İlk dəfə “Şahzadə və quldur” filmində baş qəhrəman Racendra Kumarın ögey bacısı rolunda çəkilib. Növbəti “Dostunu tapmaq” filmində Nitu epizodik rolda görünsədə, onun rəqs nömrəsi tamaşaçıların diqqətini cəlb edərək hitə çevrilir. Bundan sonra Nitu baş rola dəvət almağa başlayır. Kinoda o dövrün ən tanınmış aktyorları ilə tərəf-müqabili olub. Gələcək həyat yoldaşı Rişi Kapurla 11 filmdə çəkilib. Məşhur filmləri sırasında: “Yox olmaq”, “Sevgi həyatdır”, “Keçmişin kölgəsində” yer alır. 1980-cı ildə "Qara daş” filmində ən yaxşı ikinci dərəcəli qadın roluna görə Filmfare Award mükafatına layiq görülüb. Nitu məşhurluq zirvəsində olarkən kino sənətinə əlvida deyir. Səbəb ailə qurmağı, ailəsinin onun kinoya çəkilmək istəməməsi səbəb olub. Yalnız 26 ildən sonra Nitu kinematoqrafiyaya qayıdır və 2009-cu ildə “Dünən və bugün məhəbbət” filmində balaca rolda çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%BD%D0%B3%D1%85,_%D0%9D%D0%B8%D1%82%D1%83