Bappi Lahiri

Bappi Lahiri

Bəstəkar

BİOQRAFİYA

Bappi Lahiri 27 noyabr 1952-ci ildə klassik musiqiçi ailəsində anadan olub. Atası Apareş Lahiri tanınmış müğənni, anası Bansari Lahiri müəllimə və klassik mahnı ifaçısı olub. Bappi ailənin yeganə övladı olub. Uşaq yaşlarından təkcə Hindistanda yox, bütün dünyada ulduz olmağı arzulayıb. Musiqi təhsilini valideynlərindən alıb. 1980-ci illərdə Bappi Lahiri Hindistanın ən populyar kinobəstəkarlarından olub. Hindistan kinosuna disko üslubunu gətirəndə elə Bappi olub. “I’m disco dancer” mahnısı təkcə Hindistanda deyil, dünyanın bir çox ölkələrində o cümlədən Sovet məkanında hitə çevrilib. Kinobəstəkar olaraq onun aktivində “Disko rəqqas” (1982), “İnanc” (1985), “Oyna-oyna”, (1987), “Komandos” (1988), “Sevgi naminə qurban” (1990), “Rok rəqqasları” (1995),” Sevgi, sevgi, yenə də sevgi” (1989) və sair filmlər yer alır. “Chalte Chalte” (1976), “Surasksha”, “Disko rəqqas”, “Sadiq qul”, “Sərxoş”, “İnam”, “Fırıldaq” və digər filmlərə yazdığı saundtreklər hitə çevrilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bappi_Lahiri

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç