Dzö Hisaishi
Bəstəkar
Dzö Hisaishi məşhur yaponiyalı bəstəkardır. Əsl adı Mamoru Fudzisavadır. Dzö Hisaishi ləqəbidir, amerikalı bəstəkar Kuins Consun adını fonetiki cəhətdən imitasiya edir. İlk albomu “İnformation” 1982-ci ildə işıq üzü görür. 1983-cü ildə İsao Takahata Xayao Miyadzakiyə “Küləklər Diyarından Navsikaya” manqasına müşayiətçi albomunu yazmaq üçün Hisaishini tövsiyyə edir. Gənc bəstəkarın işi o qədər bəyənilir ki, rejissor ona “Küləklər Diyarından Navsikaya” filmi üçün musiqi bəstələməyi təklif edir. Bu layihə Hisaishini tanıdır. Minnətdarlıq əlaməti olaraq Hisaishi Miyadzakinin bütün filmlərinin bəstəkarı olur. Hisaishi Yaponiya Kinoakademiyasının “Filmə bəstələnən ən yaxşı musiqi” nominasiyasında rekord sayda mükafat qazanıb. Onlardan üçü Takeşi Kitanonun “Sonatna” (1993), “Uşaqlar qayıdır” (1996), “Atəşfəşanlıq” (1997) filmləri olub. O həmçinin Kitano üçün “Dəniz kənarında tamaşalar” (1992), “Kikudziro” (1999), “Yakudzanın qardaşı” (2001), “Kuklalar” (2002) və “Yamoto” (2005) filmlərinin sauntreklərini yazıb. Tammetrajlı bədii və animasiya filmlərinə musiqi yazmaqdan başqa, Hisaishi televiziyada çalışır və reklam çəkilişlərində iştirak edir. O 1998-ci ildə Naqano Paraolimpiya oyunlarının musiqi tərtibatının müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D1%81%D0%B0%D0%B8%D1%81%D0%B8,_%D0%94%D0%B7%D1%91