Vladimir Kosma
Bəstəkar, prodüser
Vladimir Kosma 13 aprel 1940-cı ildə Buxarestdə (Rumınya) musiqiçi ailəsində anadan olub. Atası Teodor Kosmo pianist və dirijor, anası bəstəkar olub. Əmisi Edqar Kosmo da bəstəkar və dirijor olub, nənəsi pianoçu, Buxarest konservatoriyasının məzunudur. Parisə 1963-cü ildə köçərək, Nadi Bulanj musiqi məktəbində oxuyub. Kinoindustriyaya Mişel Leqran üçün müxtəlif melodiyalara aranjeman verməklə baş vurub. Hər şey ondan başlayıb ki, Leqran Kosmoya öz mahnıları üçün aranjeman etməyi təklif edib (“Delfin Umm”, “Hava şarları hara uçur”). Növbəti il onu İvar Roberin “Bəxtiyar Aleksandr” filminə bəstəkar qismində tövsiyə ediblər. Karyerası ərzində Vladimir Kosmo 200-dən çox kinomusiqi yazıb-yaradıb. Pyer-Rişar, Jerar Depardye, Jan-Pol Belmondo, Lui-de Fines, Sofi Marso və digər məşhur aktyorların çəkildiyi yüksək reytinqli filmlərə saundtreklər bəstələyib. Hazırda başlıca olaraq klassik musiqi ilə məşğul olur. Öz melodiyaları əsasında simfonik syutalar yazır. Rumın əsillidir. Skripkaçı və dirijor kimi məşhurlaşsa da, ən çox kinobəstəkar kimi tanınır. Fransanın bir çox şedevr kinofilmlərinin bəstəkarı olub. Karyerası ərzində 200-dən çox saundtrek yazıb.
Ətralfı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Vladimir_Cosma