Fransis Veber
Rejissor, ssenarist, prodüser
Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə (Fransa) anadan olub. O, bir çox gözəl komediyalar çəkib. "Dublyor" filmində hətta epizodik rolda çəkilib. İlk ekran işlərini Fransada çəkməyə başlayıb. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa yollanıb. Onun ilk filmi olan "Oyuncaq" filmi böyük uğur qazanıb. Filmdə baş rolda Pyer Rişar çəkilib. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləyib. "Oyuncaq" (film, 1976) / Le Jouet, "Uğursuzlar" (film, 1981) / La Chèvre, "Yaquar" (film, 1996) / Le Jaguar, "Zəhlətökən" (film, 2008) / L'emmerdeur və digər filmlərin rejissoru və ssenaristi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Fransis_Veber