Mişel Omon
Aktyor, ssenarist
Mişel Omon 15 oktyabr 1936–cı ildə Parisdə anadan olub. Parisin dram incəsənət konservatoriyasını bitirib. 1970-ci illərin ortalarında Fransanın aparıcı komediya aktyorlarından olub. 1987-ci ildə “Şıltaq uşaqlar” filmində oynadığı rola görə, ən yaxşı ikinci plan aktyor nominasiyasında “Sezar” mükafatına layiq görülüb. 1980-ci ildə “Cəsarətlə qaçaq” filminə çəkilib, orada Frenki rolunu oynayıb. Həmin rola görə “Sezar” mükafatına namizəd olub. Daha çox populyarlığı ona “Dədələr”, “Gözdən qaçırma”, “Oyuncaq”, “Bədbəxtlər” və “Müsyö Klayn” gətirib. 1985-ci ildə aktyor “Sezar mükafatına” namizəd olub (“Bazar günü şəhər kənarında” filminə görə). 2010-cu ildə “Bütün qızlar ağlayır”, “Mənim atamın qonaqları”, “Beş barmaq kimi” və “Fransua Rablenin əla hekayəsi” kimi filmlərdə görüntülənib. 2016-cı ildə aktyor Dominik Mollyanın “Mars planetinin xəbələri” tragikomediyasına çəkilib. 30 il ərzində Mişel Omon “Komedi Fransez” teatrında işləyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/michel_aumont/