Jan Roşfor

Jan Roşfor

Aktyor

BİOQRAFİYA

Jan Roşfor 29 aprel 1930-cu ildə Parisdə anadan olub. Nant şəhər konservatoriyası, Dram mərkəzi və Fransa Ali Dram İncəsənət Konservatoriyasının məzunudur. 1949-cu ildən Parisin bir çox teatrları ilə əməkdaşlıq edib, müxtəlif tamaşalarda səhnəyə çıxıb. Rofşor uzun müddət televiziyada çalışıb. Onun kinodebütü isə 1958-ci ilə təsadüf edir. Başlıca olaraq kinokomediyalara çəkilib. 1961-ci ildə SSRİ-yə işgüzar səfər edərək, “Leon Qarros özünə dost axtarır” komediyasına çəkilib. Roşfor ilk baş rolunu 1972-ci ildə “Stretenya alovları” filmində oynayıb. Həmin filmdə Anni Jirardonun ərini oynayıb. 1976-cı ildə daha sonra isə 1978-ci ildə müvafiq olaraq “Qoy şənlik başlasın” və “Xərçəng-zərb alətləri ifaçısı” filmlərində oynadıqları rollara görə “Sezar” mükafatçısı olub. 1960-cı ildə Aleksandr Mosava ilə ailə qurub. Onların bu nikahdan iki övladı var (1962, Mari və 1965, Jülyen). 20 illik birgə yaşayışdan sonra boşanıblar. Sonradan aktrisa və rejissor Nikol Qarsiya ilə vətəndaş nikahında olub. Həmin nikahdan 1981-ci il təvəllüdlü Pyer Roşfor adlı oğlu var. O hazırda aktyor kimi fəaliyyət göstərir. 1989-cu ildə Fransua Vidalla nikah bağlayıb. Onların iki övladı var. Həyatının son illərini çarpayıda keçirib. 9 oktyabr 2017-ci ildə uzun sürən xəstəlikdən sonra Paris xəstəxanasında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%88%D1%84%D0%BE%D1%80,_%D0%96%D0%B0%D0%BD

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç