Lori Sinqer

Lori Sinqer

Aktrisa

BİOQRAFİYA

Lori Sinqer 6 noyabr 1957-ci ildə ABŞ-ın Texas ştatının Korpus-Kristi şəhərində dünyaya göz açıb. Uşaq olan zaman rəqqasə olmağı arzulayıb. 12 yaşından musiqi ilə məşğul olub, violonçelidə ifa etməyi öyrənib. 14 yaşında olanda Nyu-York İncəsənət Məktəbinə daxil olub. Öz dövrünün bakalavr dərəcəsi almış ən gənc tələbəsi kimi universitetin tarixinə düşüb. 1980-ci ildə “Bergen Philharmonic Competition” müsabiqəsinin qalibi olub. 1982-ci ildə “Şöhrət” (Fame) adlı televiziya serialına çəkilib. “Cadugər” və “Sonuncu kovboy” filmlərində oynadığı rollardan sonra məşhurlaşıb. 1993-cü ildə “Qısa hekayələr” filmində oynadığı rol ona “Qızıl şir” mükafatı gətirib. Həmçinin müxtəlif teleseriallara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%BD%D0%B3%D0%B5%D1%80,_%D0%9B%D0%BE%D1%80%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç