Culian Sends
Aktyor
Culian Riçard Morli Sendz 4 yanvar 1958-ci ildə Uest Yorkşirin Otli şəhərində dünyaya göz açıb. Ailədə beş qardaş olublar. Kventin adlı qardaşı “She” jurnalının versiyasına görə 1998-ci ildə Britaniyanın ən seksual kişisi seçilib. Londonun mərkəzi nitq və dram incəsənət məktəbində oxuyub, daha sonra teatrda oynayıb. Kinokaryerasına ikinci plan rollarla başlayıb. 1984-cü ildə “Ölüm meydanı” filmində fotoqraf rolunu oynayıb. Ona şöhrəti rejissor Ceyms Ayvorinin “Mənzərəli otaq” (1985) filmində Corc Emerson rolu olub. Şöhrət ulduzu parlayan Culian sonradan Hollivuda köçüb. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində başlıca olaraq qorxu filmlərinə çəkilib. 1989-cu ildə böyük ekranlara çıxan “Cadugər” filmi onun vizit kartına çevrilib. 1994-cü ildə Britaniyalı rejissor Mayk Fiqqisin əməkdaşlığı ilə “Brauninq versiyası”, “Las-Veqası tərk edərkən”, “Bir gecəlik görüş”, “Taymkod” və “Otel” kimi filmlərə çəkilib. Daha çox “Cadugər” silsiləsindən olan qorxu filmlərində oynadığı rola görə tanınır. Culian Sendz iki dəfə evli olub. İlk həyat yoldaşı britaniyalı jurnalist Sara Harvi olub. Bu nikahdan 1985-ci il təvəllüdlü Henri Morli Sendz adlı oğlu var. Cütlük 1987-ci ildə yollarını ayırıb. 1990-cı ildə Culian Yevgeniya Sitkovitslə ailə qurub. Onların bu izdivacdan iki qızı doğulub (1996/ Natalya Morli Sendz, 1999/İmocen Morli Sendz). Aktyor Con Malkoviç və aktrisa Codi Fosterlə dostdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%8D%D0%BD%D0%B4%D0%B7,_%D0%94%D0%B6%D1%83%D0%BB%D0%B8%D0%B0%D0%BD