Kristal Rid

Kristal Rid

Aktrisa

BİOQRAFİYA

Kristal Mari Rid — amerikalı aktrisadır. Daha çox “Canavar balası” serialında Ellison Arcent rolu ilə tanınıb. 2010-cu ildə “Bu dəli sevgi” romantik komediya filmində Emma Stoun, Stiv Karell, Culianna Mur, Rayan Hoslinqla birlikdə çəkilib. 2011-ci ildə aktrisa “Canavar balası” (Bədheybət) yeniyetmə mistik serialında baş rollardan birinə dəvət alır. Kristal serialda bədheybətin aşiq olduğu ox atan, gimnast və əslən ovçu olan Ellison Snappi Arcent rolunu alır. 2013-cü ildə “Canavar balası” serialının aktyorları Tayler Pozi, Dilan Obrayen, Tayler Heklin, Holland Roden “Ən yaxşı aktyor ansamblı” nominasiyasında Young Hollywood Awards mükafatına layiq görülüb. Həmin ili Rid “Ehtiras” horrorunda baş rolda çəkilib. Filmdə Kristal uzun müddət baş qəhrəmana aşiq olan və onu qarabaqara izləyən məktəbli qızı canlandırıb. Ardınca Kristal Dennis Haukun “Çox gecdir” trillerində baş rolu ifa edib. Lakin film tamaşaçı rəqabəti qazanmadı. 2016-cı ilin fevralında “Canavar balası” serialına başqa obrazda qayıdır. 2017-ci ildə Rid “Hotem” serialının dördüncü mövsümündə güclü mafiya başçısının qızı Sofiya Falkonu oynayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B4,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B0%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç