Robert Rojdestvenski

Robert Rojdestvenski

Aktyor

BİOQRAFİYA

Robert İvanoviç Rojdestvenski - sovet və rusiyalı şair, tərcüməçi, aktyor, bəstəkardır. Lenin Komsomol və SSRİ dövlət mükafatının laureatıdır. Tanınmış fotoqraf Yekaterina Rojdestvenskinin atasıdır. Robert Eyxin şərəfinə adlandırılıb. 1932-ci ildə Altay diyarında doğulub. Atası hərbçi olub və böyük vətəndaş müharibəsi zamanı həlak olub. Valideynləri beş yaşında olanda boşanıblar. 1934-cü ildən anası ilə yaşayıb. Anasının müharibəyə çağırılmasından sonra nənəsi Nadejda Fyodorovanın himayəsində qalıb. Robertin ilk nəşr olunan kitabı “Atam tüfənglə səfərə çıxır” şerlər toplusu sayılır – 1941-ci ildə işıq üzü görüb. 1943-cü ildə hərbi-musiqi məktəbində oxuyub. 1943-cü ildə nənəsi ölüb. Robert 1944-cü ilə kimi xalası və xalası qızı ilə yaşamalı olub. Müharibə başa çatmamış anası müvəqqəti olaraq geri dönür və oğlunu özü ilə götürmək qərarına gəlir. Ancaq yolda fikrini dəyişir, Robert Danilov uşaq evinə düşür. 1945-ci ildə Vera Pavlovna zabitlə evlənir. Ögey atası onu övladlığa götürür. Valideynləri onun Köniqsberqə aparırlar. Qələbədən sonra ailə 1948-ci ildə Petrozavodsk şəhərinə köçüb. 1990-cı ilin əvvəlində Rojdestvenski ağır xəstələnib, həkimlər ona kəllə beyin xərçəngi diaqnozu qoyub. Fransada aparılan uğurlu əməliyyatdan sonra daha beş il müddətinə yaşayıb yaradıb. 19 avqust 1994-cü ildə Moskvada infarkt nəticəsində dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Rozhdestvensky

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç