Trevor Blumas

Trevor Blumas

Aktyor

BİOQRAFİYA

Trevor Blumas 16 oktyabr 1984-cü ildə Ontario şəhərində anadan olub. Uşaqlığını doğma şəhərində keçirib. Trevor Lester B. Pirson adına incəsənət məktəbində oxuyub. Orada teatr sənəti, rəqs, musiqi və rəssamlıq üzrə təhsil alıb. Ontarioda “Original Kids” uşaq təşkilatının iştirakçısı olub. İstedadlı gənc olduğundan bir çox mükafatlara layiq görülüb. Məsələn, 1999-cu ildə Trevor Blumasa “Young Artist Award” mükafatı verilib. 2003-cü ildə Trevor AB Lucas Secondary orta məktəbini fərqlənmə ilə bitirib. Aktyorluq karyerasına kifayət qədər erkən başlayıb. “Staylefish” musiqi kollektivinin iştirakçısı olub, qrupun bir neçə musiqi kompozisiyasının bəstəkarı olub. Kollektivi tərk etməsindən sonra, Trevor solo albom üzərində işə başlayıb. Həmçinin "Annie Warbucks", "My Fair Lady", "How To Eat Like A Child", "Casey" və digər teatr tamaşalarında iştirak edib. Bir çox televiziya seriallarına çəkilib, Edward James Olmos, Harry Hamlin, Teri Hatcher, Rob Lowe, Andy Garcia və Mercedes Ruehl kimi ulduzlarla əməkdaşlıq edib.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
 http://www.peoples.ru/art/cinema/actor/trevor_blumas/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç