Farhan Axtar
Rejissor, ssenarist, prodüser, aktyor
Farhan Axtar 9 yanvar 1974–cü ildə Bombeydə ssenarist Caved Axtarın ailəsində anadan olub. Onun böyük bacısı Zoya Axtar ssenarist və rejissordur. Uşaq ikən valideynləri boşanıb. Farhan karyerasına “Sevgi anları” (1991) filmində rejissor assistenti vəzifəsindən başlayıb. 1997-ci ild Himalay Putra filminin çəkilişlərində Pankaca Paraşaraya assistentlik edib. 1999-cu ildə Riteş Vidhvani ilə birlikdə Excel Entertainment Pvt. Ltd. Şirkətini təsis edir. 2001-ci ildə rejissor “Qəlbin istəyi” filmi ilə debüt edib. Film bir sıra mükafatlara layiq görülür. 2004-cü ildə rejissorun “Yaşamaq səbəbi” filmi uğursuz olur. 2006-cı ildə Ahtarın çəkdiyi “Don - Mafiya başçısı” 1978-ci il eyni adlı filmin remeyki əsl hitə çevrilir. 2008-ci ildə “Rok çalırıq!” filmində aktyor və müğənni kimi debüt edir. Filmdə beş mahnı ifa edib və gitarada ifa edib. Film kommersiya baxımında çox uğurlu olur və Ahtar “ən yaxşı debüt kişi rolu” kateqoriyasında Filmfare Award mükafatı qazanır. 2013-cü ildə “Qaç, Milka, qaç!” filmində qaçıcı-sprinter Milka Sinhı canlandırıb. Film kommersiya baxımından uğur qazanır və Ahtara ən yaxşı kişi roluna görə Filmfare Award mükafatı qazandırır. 2015-ci ildə Ahtar bacısının “Ürək döyüntüsü” filmində ikinci dərəcəli aktyor kimi çxış edir. Priyanka Çopra ilə mahnı ifa edir. 2017-ci ildə Lucknow Central filmində məhbus rolunda çəkilir. Lakin film tamaşaçı rəğbəti qazanmır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%85%D1%82%D0%B0%D1%80,_%D0%A4%D0%B0%D1%80%D1%85%D0%B0%D0%BD