Houp Devis

Houp Devis

Aktrisa

BİOQRAFİYA

Houp Devis – amerikalı teatr, kino və televiziya aktrisadır. “Emmi”, “Toni” və “Qızıl qlobus” mükafatı namizədi olub. 23 mart 1964-cü ildə ABŞ-da anadan olub. Devis  1990-cı ildə “Komatozlar” filmində kiçik rolla debüt edib. Daha sonra “Evdə Tək” komediyasıdna görüntülənib. Ardınca “Səhər səyyahları” və “Növbəti dayanacaq – Sehrlər diyarı” kimi müstəqil filmlərdə oynadığı rollara görə tanınmağa başlayıb. Ardınca xidməti siyahısını Hollivud filmləri ilə doldurmağa başlayıb. “Arlinqtona aparan yol” filmi ona kifayət qədər şöhrət qazandırıb. Kinodakı uğurlarına rəğmən teatr səhnəsinə üstünlük verib. 1992-ci ildən bəri müxtəlif Brodvey və qeyri-brodvey tamaşalarında iştirak edir. 2009-cu ildə “Toni” mükafatına namizəd olub. 2010-cu ildə isə “HBO telekanalının “Xüsusi münasibətlər” telefilmində canlandırdığı Hilari Klinton obrazına görə “Emmi” və “Qızıl qlobus” mükafatlarına namizəd olub. Bir il əvvəl isə “Pasiyentlər” serialında oynadığı rolla “Emmi” nominasiyası qazanıb. Həmçinin HBO-nun “Mildred Pirs” və “Xəbərlər” kimi layihələrində ikinci plan rolları olub. Bundan savayı ABC telekanalının “Amerika cinayətləri” antologiyasının ikinci mövsümünün çəkiliş heyətində yer alıb. Şəxsi həyatına gəlincə Devis aktyor Con Patrik Uokerlə evlidir. Onların iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%A5%D0%BE%D1%83%D0%BF

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç